Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Görəsən, yiyələri tüpürmədi onlara?” - Hafiz Hacıyev 

“Ötən gün “Park Bulvar”da yaşanan izdihamı gördükdə, bir Azərbaycan vətəndaşı kimi həqiqətən xəcalət çəkdim”.

Bunu Demokrat.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bloger Hüseynin izdihamı barədə danışan Hacıyev bunun cəmiyyəti üçün çox utancverici hadisə olduğunu vurğuladı:

“Hələ də, o hisslərdən ayrıla bilmirəm. Bir dənə saqqalı gədə gəlsin Bakıya və Azərbaycan gəncliyini başına yığsın, sonda belə bir biabırçılıq yaransın. Bu, milləti, gəncliyi ələ baxım etməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi, xalqı Ali Baş Komandanın ətrafında birləşdi və torpaqlarımızı erməni terroçularından azad etdi. Amma, bir sıravi gədə iki saqqalı qoyub gəlib Bakıya və “İphone” adı ilə milləti aldadıb, bulvara töküb. Bu izdihamın içində kim olursa-olsun bizim üçün utancverici hadisədir. Mən sözün düzü belə şeyləri qəbul etmirəm. Biz böyük millətik! Azərbaycan xalqı ləyaqətli xalqdır!

Azərbaycan xalqı o xalqdır ki, özünün 30 il işğal altında qalan torpaqlarını 44 gün ərzində Ali Baş Komandanın “Dəmir yumruğu” altında azad etdi. Düzdür, biz tolerant dövlətik. Bura kim istəsə gələ bilər, amma bu dərəcədə bizim gəncliyi alçaltmaq, bu dərəcədə utanc vermək, bu dərəcədə milləti aşağılamaq yolverilməzdir! Kim nə deyir-desin, Azərbaycan xalqının gələcəyi və dövlətimizin müstəqilliyi bizlər üçün əmanətdir”.

H.Hacıyev qeyd edib ki, belə hadisələr düşmənə siqnal verir: “Bu gün-sabah kimsə gələcək və “İphone” adı ilə milləti yığacaq başına və sonra da başqa komanda verəcək. Bu, həqiqətən də çox qorxulu haldır. Bu düşmənlərin ilk məşqi də ola bilər. Sabahısı gün mən də çıxım, başqası da çıxsın ki, “İphone” paylayıram. Adamları töküm başıma və başqa komandalar verim. Görün, bu, nə dərəcədə qorxuludur. Bununla, ölkədə təxribatlar törədilə bilər. Çünki düşmənə işarə verir ki, Azərbaycan xalqı bir “İphone” na görə meydana tökülür. Sabahısı gün düşmən gələr və “İphone”dan da bahalı bir şey təklif edə bilər”.

Onun sözlərinə görə, bu hadisə Azərbaycan gəncliyi adına yaraşmayan addımdır: “Azərbaycan qızlarının yerinə xəcalət çəkdim. Görəsən, onların yiyələri tüpürmədi onlara? Ay mənim qızım, gedirsən orada bir “İphone” görə niyə özünü öldürürsən? Bunlar düşmən əlinə kozur qazandırır. Bununla da, düşmən bütün Azərbaycan xalqını tökər meydana və ölkəmizdə hər cür təxribatlar törədə bilərlər. Bu, bizim üçün utancvericidir. Ona görə də, biz dəfələrlə demişik ki, Azərbaycan gəncliyini partiyalara cəlb etmək lazımdır ki, orada tərbiyələnsin, orada iş görsünlər. Yoxsa bir gün kiminsə reytinqi naminə bu işlərə getmək olmaz! Bu, düşmən əlinə faktlar verir. Xəbərdarlıq edir ki, millət buna görə küçələrə tökülə bilər”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Ən çox oxunanalar